Bank Of Baku

Xalq şairi Hüseyn Arifin internet saytı hazırlanır

Xalq şairi Hüseyn Arifin internet saytı hazırlanır
# 30 noyabr 2007 11:48 (UTC +04:00)
Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və sabiq sədri Hüseyn Arifin internet saytı hazırlanır. Bu barədə APA-ya şairin qızı və Hüseyn Arif Fondunun sədri Səhər Hüseynzadə məlumat verib. Şairin adını daşıyan saytda Hüseyn Arifin həyat və yaradıcılığı barədə məlumatlar, poeziyasından nümunələr, eləcə də onun haqqında ədəbiyyat xadimləri və qələm dostlarının fikirləri yerləşdiriləcək. S. Hüseynzadənin dediyinə görə, hazırda “Dostum Hüseyn Arifin lətifələri” kitabı da nəşrə hazırlanır. Şairin yaxın dostu İsmayıl Şıxlının vaxtilə qələmə aldığı və nəşr etdirdiyi bu kitab latın qrafikası ilə ilk dəfə işıq üzü görəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR