Bank Of Baku

Bəhruz Həqqinin şəxsi fondu Ədəbiyyat və İncəsənət Arxivinə daxil edilib

Bəhruz Həqqinin şəxsi fondu Ədəbiyyat və İncəsənət Arxivinə daxil edilib
# 04 dekabr 2007 13:10 (UTC +04:00)
Almaniyada yaşayan azərbaycanlı yazıçı-ədəbiyyatşünas, “21 Azər” hərəkatının rəhbəri Bəhruz Həqqinin şəxsi arxivi Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə daxil edilib. Bu barədə APA-ya Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov məlumat verib. Ona yaxın kitabın müəllifi olan Bəhruz Həqqinin şəxsi arxivinə əlyazmaları, sənədlər, fotoşəkillər, həmçinin kitablarının nüsxələri daxildir. Yazıçının arxivə təqdim olunan şəxsi fondunda 500-ə qədər türk deyimləri, “Eynalıya salam” poemasının, eləcə də “Ata sözləri”, “Tapmacalar-bilməcələr”, Bəhruz Həqqinin yaradıcılığında mühüm yer tutan “Koroğlu - tarixi, mifoloji gerçəklik” kitablarının əlyazmaları yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR