Bank Of Baku

Yazıçılar Birliyinin “Natəvan” klubunda ədəbi-bədii tədbirlərin keçirilməsi dayandırılacaq

Yazıçılar Birliyinin “Natəvan” klubunda ədəbi-bədii tədbirlərin keçirilməsi dayandırılacaq
# 05 dekabr 2007 09:45 (UTC +04:00)
Dekabrın 10-dan Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda ədəbi-bədii tədbirlərin keçirilməsi dayandırılacaq. Bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. O bildirib ki, klubun fəaliyyətinin dayandırılması binada aparılacaq təmir-bərpa işləri ilə bağlıdır: “Gələn il yanvarın 1-dən Yazıçılar Birliyinin binasında əsaslı təmir işlərinin başlaması planlaşdırılır. Təmirin hissə-hisə, mərtəbə-mərtəbə aparılması nəzərdə tutulub. Binada aparılan təmir işləri ilə əlaqədar kütləvi tədbirlərə məhdudiyyət qoyulsa da, birliyin fəaliyyətində və qurumun nəşrlərinin işıq üzü görməsində problem yaranmayacaq”.
Qeyd edək ki, AYB-nin binasında əsaslı təmir işləri Azərbaycan prezidentinin 12 mart 2007-ci il tarixli sərəncamına əsasən həyata keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR