Bank Of Baku

Yazıçılar Birliyində repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib

Yazıçılar Birliyində repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib
# 05 dekabr 2007 14:15 (UTC +04:00)
Bu gün Yazıçılar Birliyinin “Natəvan” klubunda repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib. APA-nın xəbərinə görə, repressiya qurbanı olan görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin dünyasını dəyişdiyi gündə keçirilən tədbirdə haqsız təzyiqlərə məruz qalan günahsız insanların, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə şair Gülhüseyn Hüseynoğlu açaraq, repressiyaya məruz qaldığı illərdən söz açıb. Aspiranturada oxuduğu illərdə həbs olunan şairə 25 il hökm oxunub: “Qəribədir ki, insan hansısa bir məqsəd uğrunda başına gələnləri çox mətinliklə qarşılayır, məqsədi uğrunda hər cəfaya hazır olur. Vətəndən çox uzaqlarda, Şərqi Sibirdəki həbsxanada olsam da, ədalətin bərqərar olacağına, bəraət alacağımıza inanırdım”. Yazıçı-jurnalist Rəhman Babaxanlı çıxışında repressiya qurbanları olan görkəmli elm və ədəbiyyat xadimlərini yada salıb: “Repressiya illərində Azərbaycan Yazıçılar Birliyinin təxminən 60 üzvü olub. Onların tən yarısı repressiya qurbanı olub”. Tədbirdə iştirak edən repressiya qurbanlarının ailə üzvləri, yaxınları çıxış edərək, Seyid Hüseyn, Vəli Xuluflu, Salman Mümtaz, Mikayıl Müşfiq, Qantəmir və digər repressiya qurbanlarının xatirəsinə həsr olunan bir abidənin hazırlanmasına ehtiyac olduğunu bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR