Bank Of Baku

Azərbaycanda yaşayan azsaylı xalqların şifahi və yazılı ədəbiyyat nümunələrindən ibarət antologiya nəşr olunacaq

Azərbaycanda yaşayan azsaylı xalqların şifahi və yazılı ədəbiyyat nümunələrindən ibarət antologiya nəşr olunacaq
# 06 dekabr 2007 09:09 (UTC +04:00)
Azərbaycanda yaşayan azsaylı xalqların şifahi və yazılı ədəbiyyat nümunələrindən ibarət antologiya hazırlanır. Bu barədə APA-ya layihənin əlaqələndiricisi, Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri Aydın Xan məlumat verib. Onun sözlərinə görə, antologiya “Bir xalçanın rəngləri” adlanacaq. Nəşrdə Azərbaycanda yaşayan ləzgi, kürd, talış, tat, udin, avar, dağ yəhudiləri və saxurların sənət nümunələri işıq üzü görəcək. Nəfis tərtibatla hazırlanan antologiya Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun “Sənət və Mədəniyyət” şəbəkə proqramı çərçivəsində maliyyələşdirilib. Min tirajla çap olunacaq antologiyanın elektron variantda nəşri də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR