Bank Of Baku

Yazıçı-publisist Aqil Abbas Qarabağ müharibəsi mövzusunda yeni roman yazıb

Yazıçı-publisist Aqil Abbas Qarabağ müharibəsi mövzusunda yeni roman yazıb
# 08 dekabr 2007 10:29 (UTC +04:00)
Yazıçı-publisist, millət vəkili Aqil Abbas Qarabağ müharibəsi mövzusunda yeni roman yazıb. A. Abbas APA-ya açıqlamasında “Dolu” adlı yeni əsərinin mövzusunu Dağlıq Qarabağda iyirmi il əvvəl başlayan hadisələrin təşkil etdiyini deyib. Onun sözlərinə görə, əsərin qəhrəmanı könüllülər batalyonu yaradan bir komandirdir. Komandir Qarabağ uğrunda vuruşmaq üçün bütün əsgərlərini səfərbər edir. Bu şücaətinə görə isə on beş il müddətinə həbs cəzasına məhkum olunur. A. Abbas deyib ki, yeni yazdığı bu roman dekabrın sonunda “Azərbaycan” jurnalında, gələn ilin yanvarında isə kitab şəklində çap olunacaq. Yazıçı, həmçinin, “Dolu” romanının Qarabağ müharibəsi mövzusunda yazdığı altıncı əsər olduğunu bildirib.
Qeyd edək ki, bu vaxta kimi A. Abbas Qarabağ müharibəsi mövzusunda bir roman, dörd pyes yazaraq nəşr etdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR