Bank Of Baku

Molla Pənah Vaqifin anadan olmasının 290 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçiriləcək

Molla Pənah Vaqifin anadan olmasının 290 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçiriləcək
# 11 dekabr 2007 10:23 (UTC +04:00)
Azərbaycanın görkəmli şairi və ictimai xadimi Molla Pənah Vaqifin anadan olmasının 290 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mədəniyyət və Turizm Nazirliyi ilə Şuşa Rayon İcra Hakimiyyətin təşkil etdiyi bu tədbir dekabrın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında olacaq. Molla Pənah Vaqifin şeirlərindən və sözlərinə yazılan mahnılardan ibarət olan proqramda tarixi-xronoloji videolentlər də yer alıb. Bu kadrlarda ötən yüzilin 80-ci illərində Şuşada və Qazaxda keçirilən Vaqif Poeziya Günləri təsvir olunur. Hər il Şuşada təntənə ilə qeyd olunan bu poeziya günləri Qarabağın ermənilər tərəfindən işğalından sonra təxirə salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR