Bank Of Baku

Hüseyn Cavidin 125 illiyinə həsr olunan təntənəli yubiley tədbiri keçiriləcək

Hüseyn Cavidin 125 illiyinə həsr olunan təntənəli yubiley tədbiri keçiriləcək
# 11 dekabr 2007 11:00 (UTC +04:00)
Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin 125 illiyinə həsr olunan təntənəli yubiley tədbiri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. O bildirib ki, Azərbaycan prezidentinin 17 aprel sərəncamına əsasən, il ərzində Cavidin yubileyinə həsr olunan bir sıra tədbirlər keçirilib. Şairin adını daşıyan ev muzeyi tərəfindən elmi-kütləvi nəşrlər çap olunub, müxtəlif sərgilər təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən yubiley tədbirlərinin təntənəli yekunu dekabrın 27-də olacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək tədbirdə Hüseyn Cavidin şeirləri və dramlarından nümunələr səslənəcək, sözlərinə yazılan mahnılar ifa olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR