Bank Of Baku

Yazıçı-dramaturq Vidadi Babanlının anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçirilib

Yazıçı-dramaturq Vidadi Babanlının anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçirilib
# 11 dekabr 2007 16:16 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Mahnı Teatrında əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü, yazıçı-dramaturq Vidadi Babanlının anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb. Nazir çıxışında yazıçının yubiley tədbirlərinin Qazax və Ağstafada da qeyd olunduğunu bildirib: “Yazıçının “Vicdan susanda” romanında Azərbaycan həyatının real əksi təsvir olunub. Mədəniyyət və Turizm Nazirliyi ilin sonuna kimi Vidadi Babanlının yeni kitabını çap edəcək”. Millət vəkili Nizami Cəfərov çıxışında böyük ədəbiyyat haqqında danışmağın həmişə çətin olduğunu deyib: “Vidadi Babanlı anadan yazıçı doğulub. Hətta yazı-pozunu bilməyənlər də onun “Vicdan susanda” romanını oxuyublar. Təsadüfi deyil ki, bu roman dünyanın 14 dilində, minlərlə tirajla işıq üzü görüb”. Tədbirdə Vidadi Babanlının şeirlərindən parçalar da ifa olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR