Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin saytının yenidən qurulması işi bir ay ərzində başa çatacaq

Azərbaycan Yazıçılar Birliyinin saytının yenidən qurulması işi bir ay ərzində başa çatacaq
# 12 dekabr 2007 12:28 (UTC +04:00)
“Texniki səbəblər üzündən fəaliyyəti dayandırılan Azərbaycan Yazıçılar Birliyinin saytında hazırda yenilənmə işləri aparılır. Bu proses ən tez bir ay ərzində yekunlaşacaq”. Bu açıqlamanı APA-ya Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid verib. Onun sözlərinə görə, AYB-nin internet saytının yenidən qurulması prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilir: “Texniki qüsurları aradan qaldırmağa söz verən bir firmanı yeni mütəxəssis qrupu ilə əvəzlədik. Yeni ilin ilk günlərində saytın fəaliyyətinin tam bərpasına çalışırıq”. Qeyd edək ki, www.ayb.az. saytında birliyin Azərbaycan və rus dillərində işıq üzü görən nəşrləri, yazıçı və şairlərin həyat və yaradıcılığı barəsində məlumat və fotolar, ədəbiyyat xəbərləri yer alıb. 2007-ci il fevralın 15-də istifadəçilərin ixtiyarına verilən AYB-nin internet ünvanında noyabrın 9-dan etibarən müəyyən problemlər yaranıb. Dekabrın 9-da saytın fəaliyyəti bütünlüklə dayandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR