Bank Of Baku

Molla Pənah Vaqifin anadan olmasının 290 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib

Molla Pənah Vaqifin anadan olmasının 290 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib
# 13 dekabr 2007 16:23 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycanın görkəmli şairi və ictimai xadimi Molla Pənah Vaqifin anadan olmasının 290 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Vaqifin milli poeziyamızda xüsusi yeri olduğunu bildirib: “On ildən sonra şairin yubileyinin dünya səviyyəsində keçirilməsini planlaşdırırıq. Vaqifin şeirləri 300 ilə yaxındır ki, bizimlə birgədir. Bu gün də onun şeirləri ifa olunur, sözlərinə yazılan mahnılar səslənir”. Molla Pənah Vaqifin şeirləri və sözlərinə yazılan mahnıların səsləndirildiyi proqramda tamaşaçılara Qarabağın, Şuşanın mənzərəsini əks etdirən tarixi-xronoloji videolentlər təqdim olunub, şairin həyat və yaradıcılığından söz açılıb.
Qeyd edək ki, 1717-ci ildə Qazax mahalında anadan olan Vaqif sonra Qarabağa köçüb və ömrünün sonuna kimi Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzi olan Şuşada yaşayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR