Bank Of Baku

Astarada tanınmış şair-tərcüməçi Əhəd Muxtarın 70 illik yubileyi qeyd olunub

Astarada tanınmış şair-tərcüməçi Əhəd Muxtarın 70 illik yubileyi qeyd olunub
# 14 dekabr 2007 12:16 (UTC +04:00)
Astarada tanınmış şair-tərcüməçi Əhəd Muxtarın 70 illik yubileyi qeyd olunub. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə rayon mədəniyyət evində keçirilən tədbirdə şairin qələm dostlarından Oqtay Rza, Əjdər Ağayev, Aqil Yaqub, Mehman Qaraxanoğlu və digərləri çıxış edərək, Əhəd Muxtarın çoxşaxəli yaradıcılıq fəaliyyətindən, onun Azərbaycan poeziyasındakı özünəməxsus yerindən söz açıblar. Mərhum şairin ailəsi adından çıxış edən ömür-gün yoldaşı Fəridə xanım Qənbərova Əhəd Muxtarın xatirəsini əziz tutanlara və bu tədbirin təşkilində köməklik göstərənlərə minnətdarlığını çatdırıb. Yubiley tədbiri mərhum şairin sözlərinə yazılmış mahnıların ifası ilə başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR