Bank Of Baku

Azərbaycanda Rus Dili İlinin bağlanış mərasimi fotosərgi açılışı ilə qeyd edilib

Azərbaycanda Rus Dili İlinin bağlanış mərasimi  fotosərgi açılışı ilə qeyd edilib
# 15 dekabr 2007 08:03 (UTC +04:00)
Azərbaycanın Rus İcması yanında Rus Mədəniyyəti Mərkəzində “Rus ədəbiyyatı klassikləri” adlı fotosərgi açılıb. APA-nın məlumatına görə, sərginin açılışında Rusiya Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin Bakı nümayəndəliyinin rəhbəri İqor Jukov bildirib ki, bu sərgi Azərbaycanda Rus Dili İlinin bitməsi ilə bağlı keçirilir. O bildirib ki, sərgidə 60-dan artıq əsər nümayiş olunur. İ. Jukov onu da qeyd edib ki, Rus Dili İli ilə bağlı dünyada keçirilən tədbirlərin rəsmi bağlanış mərasimi gələn həftə Moskvada keçiriləcək. Tədbir çərçivəsində rus dilinin inkişafına xidmət göstərənlər mükafatlandırılacaq. Mükafatçılar sırasında Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla da var. Qeyd edək ki, K. Abdulla Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə “Puşkin medalına” da layiq görülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR