Bank Of Baku

İranda “Azərbaycan şeir antologiyası” adlı kitab nəşr olunub

İranda “Azərbaycan şeir antologiyası” adlı kitab nəşr olunub
# 25 dekabr 2007 13:01 (UTC +04:00)
İranda “Azərbaycan şeir antologiyası” adlı kitabın III cildi nəşr olunub. İranda Azərbaycan dilində nəşr olunan “Yarpaq” jurnalının redaktoru Səid Muğanlının APA-ya verdiyi məlumata görə, kitabda Güney Azərbaycanda yaşayıb-yaradan 42 şair haqda məlumat və onların şeirlərindən nümunələr öz əksini tapıb. Azərbaycan türkcəsində nəşr olunan bu kitabın IV cildi də çapa hazırlanır. S. Muğanlı bildirib ki, şair Ramiz Rövşənin Azərbaycan türkcəsində ərəb əlifbasında çap olunan “Göy üzü daş saxlamaz” adlı əsəri ikinci dəfə nəşr olunub. Onun sözlərinə görə, bu əsər ilk dəfə ilin əvvəlində çap edilib və kitabın bütün nümunələr satılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR