Bank Of Baku

Hüseyn Cavidin anadan olmasının 125 illiyinə həsr olunan sərgi keçirilib

Hüseyn Cavidin anadan olmasının 125 illiyinə həsr olunan sərgi keçirilib
# 25 dekabr 2007 14:54 (UTC +04:00)
Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında görkəmli Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 125 illiyinə həsr olunan sərgi keçirilib. APA-nın xəbərinə görə, sərgidə şairin və tədqiqatçıların onun yaradıcılığına həsr etdikləri kitablar nümayiş olunub. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq, Hüseyn Cavidin azadlıq carçısı olduğunu vurğulayıb. Sərginin açılış mərasimində iştirak edən İsgəndəriyyə Milli Kitabxanasının direktoru doktor İsmayıl Serageldin Hüseyn Cavidin böyük ustad olduğunu bildirib: “Stalin rejiminin repressiyasına baxmayaraq, Hüseyn Cavid bu gün də yaşayır”. Tədbir iştirakçıları şairin sərgilənən kitabları, qəzet məqalələri ilə tanış olublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR