Bank Of Baku

Hüseyn Cavidin 125 illik yubileyi qeyd olunub

Hüseyn Cavidin 125 illik yubileyi qeyd olunub
# 27 dekabr 2007 17:02 (UTC +04:00)
Bu gün Azərbaycan Akademik Dövlət Milli Dram Teatrında böyük şair Hüseyn Cavidin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev Cavid yaradıcılığının ümumbəşəri təfəkkürün məhsulu olduğunu söyləyib. Onun fikrincə, Hüseyn Cavid istedadı çox yüksəkdir: “Azərbaycan ədəbiyyatı yaşadıqca Cavid əfəndi də var olacaq”. Bundan sonra Dövlət Milli Dram Teatrında hazırlanan yubileyə həsr olunmuş Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən tamaşa nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR