Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyi başqa yerə köçürülməyəcək

Azərbaycan Yazıçılar Birliyi başqa yerə köçürülməyəcək
# 12 yanvar 2008 09:57 (UTC +04:00)
“Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasında bu ilin yanvar ayında başlayan əsaslı təmir işlərinin 9 ay ərzində yekunlaşması nəzərdə tutulub. Bu müddət ərzində birliyin başqa yerə köçürüləcəyi ilə bağlı yayılan məlumatlar əsassızdır. Təmirin mərtəbələr üzrə aparılması planlaşdırıldığından şöbələr digər otaqlarda, yəni bina daxilində fəaliyyət göstərəcək”. Bu sözləri APA-ya açıqlamasında AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib. O, AYB-nin binasının əlindən alınıb satılacağı haqda yayılan məlumatların da tam əsassız olduğunu vurğulayıb.
Qeyd edək ki, AYB-nin binasının əsaslı təmiri ilə əlaqədar “Natəvan” klubunda kütləvi tədbirlərin keçirilməsinə müvəqqəti fasilə verilib. Təmir ərzində birliyin nəşrlərinin işıq üzü görməsində isə heç bir problem yaranmayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR