Bank Of Baku

Moskvada Azərbaycanın xalq yazıçısı Anarın kitabı nəşr olunub

Moskvada Azərbaycanın xalq yazıçısı Anarın kitabı nəşr olunub
# 14 yanvar 2008 09:42 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın Moskvada “Vahimə” (“Navajdenie”) adlı yeni kitabı işıq üzü görüb. AYB-nin mətbuat xidmətindən APA-ya bildirildiyinə görə, kitab “Veçe” nəşriyyatında çap olunub. Çingiz Aytmatovun “Tale müasirim” adlı ön sözü ilə açılan nəşrdə Anarın “Dantenin yubileyi”, “Əlaqə”, “Otel otağı”, “Ağ qoç, qara qo甝 povestləri, “Yaxşı padşahın nağılı”, “Qırmızı limuzin” və “Vahimə” hekayələri yer alıb. Kitabın tərtibçisi Tofiq Məlikli, redaktoru İlham Bədəlbəylidir.
Yazıçının 70 illiyi ərəfəsində “Yurd” nəşriyyatında rəssam Mir Teymurun illüstrasiyalarının və çoxsaylı fotoların yer aldığı Natəvan Faiqin “Anar” kitabı da işıq üzü görüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR