Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin nəşrləri Tərcümə Mərkəzinə və Azərbaycan Nəşriyyatına köçürüləcək

Azərbaycan Yazıçılar Birliyinin nəşrləri Tərcümə Mərkəzinə və Azərbaycan Nəşriyyatına köçürüləcək
# 15 yanvar 2008 14:19 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasında bu ilin yanvar ayında başlayan əsaslı təmir işləri ilə əlaqədar birliyin nəşrləri müvəqqəti olaraq başqa yerə köçürüləcək. Bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. Onun sözlərinə görə, “Azərbaycan” jurnalı Azərbaycan Nəşriyyatında yerləşən “Ədəbiyyat” qəzetinin redaksiyasında, “Ulduz”, “Qobustan” və “Literaturnıy Azerbaydjan” jurnalları isə Tərcümə Mərkəzində, “525-ci qəzet”in redaksiyasında nəşrini davam etdirəcək. Köçürülmənin yanvarın 16-da başlayacağını deyən Ə. Əsgəroğlu birliyin binasında əsaslı təmir işlərinin 9 aya yekunlaşacağını bildirib. Onun sözlərinə görə, bu müddətdə AYB-nin İdarə Heyəti, sədr və katiblərinin iş otaqları başqa yerə köçürülməyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR