Bank Of Baku

Nobel mükafatı laureatı olan alman ədəbiyyatçılarının kitabları sərgilənəcək

Nobel mükafatı laureatı olan alman ədəbiyyatçılarının kitabları sərgilənəcək
# 17 yanvar 2008 10:15 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Nobel mükafatı laureatı olan alman ədəbiyyatçılarının əsərlərinin sərgisi keçiriləcək. Mərkəzi Elmi Kitabxanadan APA-ya verilən məlumata görə, sərgidə Herman Hesse, Nelli Saks, Haynrix Böll və Günter Qrassın kitabları nümayiş ediləcək. Almaniyanın Azərbaycandakı səfirliyi ilə birgə həyata keçirilən digər layihə çərçivəsində isə II Dünya Müharibəsindən sonra yaranan almandilli ədəbiyyat nümunələrinin sərgisi planlaşdırılıb. Tədbirlərdə Azərbaycan və Almaniya ədəbiyyat xadimlərinin iştirakı nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR