Bank Of Baku

İranda Azərbaycan şairləri Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ramiz Rövşən və Rüstəm Behrudinin əsərlərindən ibarət kitab nəşr olunub

İranda Azərbaycan şairləri Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ramiz Rövşən və Rüstəm Behrudinin əsərlərindən ibarət kitab nəşr olunub
# 21 yanvar 2008 10:33 (UTC +04:00)
İranda Azərbaycan şairləri Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Ramiz Rövşən və Rüstəm Behrudinin seçilmiş əsərlərindən ibarət “Dörd şair, qırx dua” adlı kitab nəşr olunub. “Yaşmaq” nəşriyyatının redaktoru Səid Muğanlı APA-ya bildirib ki, min tirajla İranda nəşr olunan kitab bir neçə il öncə Bakıda dilçi-türkoloq Kamil Vəli Nərimanoğlu tərəfindən hazırlanaraq çap olunub. Yanvarın 10-da isə kitab S. Muğanlı tərəfindən ərəb əlifbasına çevrilib və türk (Azərbaycan) dilində iranlı oxucular üçün nəşr edilib. S. Muğanlı deyib ki, son bir ildə nəşriyyatın təşəbbüsü ilə ondan artıq Azərbaycan şair və yazıçısının əsərləri ərəb əlifbasına çevrilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR