Bank Of Baku

Azərbaycan şairi Hüseyn Cavidin ensiklopediyası nəşrə hazırlanır

Azərbaycan şairi Hüseyn Cavidin ensiklopediyası nəşrə hazırlanır
# 21 yanvar 2008 12:27 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ensiklopediyasını nəşrə hazırlayır. Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bölmədə ensiklopediyanın nəşri ilə bağlı yığıncaq keçirilib. Nəşrin redaksiya heyəti adından çıxış edən akademik İsa Həbibbəyli ensiklopediyanın H. Cavidin həyat və yaradıcılığı, ədəbi irsi, nəsil şəcərəsi, tədqiqatçıları ilə bağlı zəngin informasiyalar mənbəyi olacağını deyib. Akademik yeni hazırlanmış Hüseyn Cavid sözlüyü, ensiklopediyada əksini tapacaq materiallar barədə geniş məlumat verib. Tədbirdə nəşrin elmi redaksiya heyəti, işçi qüvvəsi, ensiklopediyanın nəşri prinsipləri, nəşri müddəti və s. məsələlər müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR