Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyi və Bəstəkarlar İttifaqının birgə fəaliyyətinin səmərəliliyinin artırılması müzakirə edilib

Azərbaycan Yazıçılar Birliyi və Bəstəkarlar İttifaqının birgə fəaliyyətinin səmərəliliyinin artırılması müzakirə edilib
# 30 yanvar 2008 14:38 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyi (AYB) və Bəstəkarlar İttifaqının (ABİ) birgə fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı müzakirə aparılıb. APA-nın xəbərinə görə, toplantıda AYB-nin katibləri Fikrət Qoca, Çingiz Abdullayev, Ağsaqqallar Şurasının sədri Vaqif Səmədoğlu, ABİ-nin idarə heyətinin üzvləri Oqtay Zülfüqarov, Azər Dadaşov, Aydın Əzimi və başqaları iştirak ediblər. ABİ-nin sədri Firəngiz Əlizadə yaradıcı təşkilatlar arasında əlaqələrin zəif olduğunu bildirib. Çağdaş televiziya və radio verilişlərinin səviyyəsindən söz açan F. Əlizadə həvəskar bəstəkarların, təsadüfi musiqilərin təbliğinin qarşısının alınması ilə bağlı birgə təkliflər hazırlamaq təşəbbüsü ilə çıxış edib. AYB-nin sədri Anar çıxışında Azərbaycan telekanallarında aşağı səviyyəli proqramların hazırlandığını vurğulayıb: “Torpaqlarımızın 20 faizi işğal olunub, köçkünlərimiz var. Bütün günü şou-proqramlar vermək bizə yaraşırmı?” Tədbirdə Azərbaycan müəlliflərinin hüquqlarının yetərincə qorunmadığı, müasir internet saytlarında milli-mədəni nümunələrə qarşı təxribatlar məqsədilə materialların yerləşdirildiyi bildirilib, birgə əməkdaşlığa dair təkliflər verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR