Bank Of Baku

Anar: “Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının 100 illiyi çox sönük qeyd olundu”

Anar: “Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının 100 illiyi çox sönük qeyd olundu”
# 30 yanvar 2008 15:34 (UTC +04:00)
“Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının 100 illiyi çox sönük qeyd olundu. Bu böyük hadisəni daha yüksək səviyyədə hazırlamaq, təşkil etmək lazım idi. Yubiley tədbirinə müxtəlif xarici ölkələrdən qonaqlar dəvət etmək, milli operanın yaranması tarixi ilə onları daha yaxından tanış etmək, sərgilər keçirtmək olardı”. APA-nın məlumatına görə, bu sözləri xalq yazıçısı Anar yaradıcı təşkilatlarla əməkdaşlığın artırılmasına dair keçirilən müzakirədə deyib. O, Azərbaycan mədəniyyətinin lazımi səviyyədə təbliğ olunmadığını da bildirib: “Operanın yaranmasının 100 illiyini geniş səviyyədə özümüz qeyd eləmirik, sonra da deyirik ki, ermənilər imkan vermir, qoymurlar. Bizim telekanallarımız ancaq ulduzların ərə gedib-boşanmasını izləyir, “Üzeyir bəy, Füzuli dahidirmi” sualına cavab axtarır. Biz özümüz iş görmürük, görmədiyimizə görə də düşmənlərimizə uduzuruq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR