Bank Of Baku

“Azərbaycanın gömrük tarixi” kitabının təqdimat mərasimi keçirilib

“Azərbaycanın gömrük tarixi” kitabının təqdimat mərasimi keçirilib
# 05 fevral 2008 10:19 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nəşrə hazırladığı “Azərbaycanın gömrük tarixi” kitabının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, ingilis dilində işıq üzü görən kitabda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, akademik Nailə Vəlixanlı və digərlərinin məqalələrində Azərbaycanın gömrük tarixi əks olunub. Təqdimat mərasimində Yaqub Mahmudov, Ataxan Paşayev, Vaqif Piriyev çıxış edərək, Azərbaycanın gömrük tarixinin bizim eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərində təşəkkül tapmasından, ən qədim dövrlərdə belə bitkin gömrük idarəetmə sisteminin olmasından söz açıblar. Tarixçilər bildiriblər ki, kitabda yer alan feodalizm və xanlıqlar dövrünün iqtisadi əlaqələrini, həmçinin Türkmənçay müqaviləsindən sonra ermənilərin Cənubi Azərbaycana köçürülməsini təsdiqləyən gömrük sənədləri Azərbaycan mənbəşünaslığı üçün tutarlı vasitədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR