Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Ədəbi Klubu yaradılıb

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Ədəbi Klubu yaradılıb
# 11 fevral 2008 11:47 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurası və gənclər üzrə katibliyinin nəzdində Azərbaycan Yazıçılar Birliyinin Gənclər Ədəbi Klubu yaradılıb. Bu barədə APA-ya AYB-nin katibi Rəşad Məcid məlumat verib. R. Məcid “İrəli” Gənclər Hərəkatı, bir qrup gənc yazar və “Azyazar.com” saytının yaradıcılarının təşəbbüsü ilə yaradılan klubun gənc yazarları, 20-25 yaşda olan və ədəbi yaradıcılığa meyl göstərən gəncləri birləşdirəcəyini deyib: “Gənclər Ədəbi Klubunun daha fəal üzvləri gələcəkdə Yazıçılar Birliyinin Gənclər Şurasının üzvlərini əvəz edəcək. Gənclər Şurasının üzvləri artıq gənclik yaşını keçiblər. Bu mənada nəsil dəyişməsinə ehtiyac var”.
Qeyd edək ki, martın 1-də təsis toplantısı keçiriləcək klubun xüsusi səhifə və saytının yaradılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR