Bank Of Baku

Azərbaycan şairləri Moskvada keçirilmiş müsabiqənin qalibləri olublar

Azərbaycan şairləri Moskvada keçirilmiş müsabiqənin qalibləri olublar
# 12 fevral 2008 15:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan şairələri Aliyə Haqverdi və Marina Yanayeva “Literaturnaya qazeta”nın keçirdiyi “Mən heç kimdən heç vaxt ayrılmayacağam” adlı II şeir müsabiqəsinin qalibləri elan olunub. Rusiya XİN-i yanında Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin (“Roszarubejsentr”) Bakı nümayəndəlindən APA-ya verilən məlumata görə, müsabiqədə Avropa, Amerika, Asiya, Afrika, MDB və Baltikyanı ölkələrdə yaşayan və rus dilində yazan şairlər iştirak ediblər. Müsabiqənin finalına 19 ölkədən olan müəlliflər çıxıb, onların əsərləri “Mən yuxularımı rus dilində görürəm” adlı topluya salınıb. Toplunun təqdimetmə mərasimi bu gün Moskvada “Roszarubejsentr”də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR