Bank Of Baku

Vaqif Səmədoğlu: “Aqil Abbasın “Dolu” romanı bir çox stereotipləri alt-üst edib”

Vaqif Səmədoğlu: “Aqil Abbasın “Dolu” romanı bir çox stereotipləri alt-üst edib”
# 13 fevral 2008 11:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Qarabağ haqqında yazılan bir neçə ciddi əsər arasında bədiilik və sənədlilik baxımından ən müfəssəli Aqil Abbasın “Dolu” romanıdır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq yazıçısı Vaqif Səmədoğlu bildirib. O, Aqil Abbasın yeni yazdığı “Dolu” romanının gərəkli və vaxtında yazılmış bir əsər olduğunu bildirib. V. Səmədoğlu böyük ictimai hadisələrdən və müharibələrdən bəhs edən bir əsər yazmaq üçün mütləq müəyyən zamanın keçməli olduğunu deyib: “Böyük hadisələri yaxından görmək çox çətindir. Gərək uzaq məsafədən baxasan. Qarabağ müharibəsinin birinci mərhələsindən heç 20 il keçməyib”. V. Səmədoğlu A. Abbasın “Dolu” romanını iki günün içində iki dəfə oxuduğunu, hələ də bu əsərin təsirindən çıxa bilmədiyini bildirib: “Çox lazımlı əsərdir. Müəllif əsərdə bir çox həqiqətləri açıb göstərib. Bu əsəri bütün gənclərin oxumasını tövsiyə edirəm. “Dolu” romanı bir çox stereotipləri alt-üst edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR