Bank Of Baku

Azərbaycanın xalq artisti Baba Mahmudoğlunun şəxsi fondu Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub

Azərbaycanın xalq artisti Baba Mahmudoğlunun şəxsi fondu Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub
# 14 fevral 2008 11:53 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanın xalq artisti Baba Mahmudoğlunun şəxsi fondu Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub. Arxivin direktoru Maarif Teymurovun APA-ya verdiyi məlumata görə, sənədləri arxivə B. Mahmudoğlunun həyat yoldaşı Amaliya Mirzəyeva təqdim edib. Şəxsi fondda B. Mahmudoğlunun şeir, gündəlik və məktubları ilə yanaşı, afişa, proqramları yer alıb. Xalq artistinin qastrol tamaşalarında və tanınmış sənətkarlarla, o cümlədən Xan əmi, Bəhram Mansurovla yadigar fotoşəkilləri xüsusi əhəmiyyət daşıyır. Xalq artistinin şəxsi fondunda yer alan 600-dək sənədin hazırda ilkin ekspertizası keçirilir və elmi siyahısı hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR