Bank Of Baku

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub ürəyindən əməliyyat olunmaq üçün Almaniyaya gedir

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub ürəyindən əməliyyat olunmaq üçün Almaniyaya gedir
# 23 fevral 2008 08:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın xalq şairi Zəlimxan Yaqub ürəyindən əməliyyat olunmaq üçün martın 8-də Almaniyaya yola düşəcək. Bu barədə APA-ya açıqlamasında xalq şairi özü bildirib. Z. Yaqub əməliyyatın Münhen şəhərindəki klinikaların birində həyata keçiriləcəyini deyib. Onun sözlərinə görə, ürəyində əməliyyat aparıldıqdan sonra təxminən bir ay ərzində bu ölkədə müalicəsini davam etdirəcək. Xalq şairi artıq özünü əməliyyata hazırladığını bildirib.
Qeyd edək ki, təxminən bir ay əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən xalq şairinə həkimlər ürəyində yaranan aritmiya ilə bağlı əməliyyat olunmağı tövsiyə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR