Bank Of Baku

Arif Əmrahoğlu: “Azərbaycan Yazıçılar Birliyində attestasiyanın keçirilməsi prosesinə rəhbərliyi üzərinə götürən yoxdur”

Arif Əmrahoğlu: “Azərbaycan Yazıçılar Birliyində attestasiyanın keçirilməsi prosesinə rəhbərliyi üzərinə götürən yoxdur”
# 27 fevral 2008 08:26 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Azərbaycan Yazıçılar Birliyində attestasiya keçirilməsi ilə bağlı prosesə rəhbərliyi üzərinə götürən yoxdur. Bu işi təşkilatın sədri və ya katiblərdən hansısa boynuna götürə bilməz. Çünki bu adamların təşkilata qəbul olunmasında bizim hansısa formada iştirakımız olub”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Arif Əmrahoğlu bildirib. Təşkilatın katibi AYB rəhbərliyinin attestasiya keçirilməsinə razılıq verdiyini, lakin bu işi görmək istəyən şəxsin tapılmadığını deyib. Hazırda AYB-nin mindən artıq üzvünün olduğunu deyən A. Əmrahoğlu sayın çoxluğunun təkcə istedadsızlıqla bağlı olmadığını söyləyib: “Bu insanların hamısı yazıçı və ya şair deyil. Onların arasında, tənqidçilər, tərcüməçilər, ədəbiyyatşünaslar və ədəbiyyatla məşğul olan digər adamlar var”. AYB katibi qeyd edib ki, təşkilatda attestasiyanın keçirilməsi üçün əvvəlcə prinsiplər müəyyənləşdirilməlidir: “Bu proses şəffaf şəkildə hamının iştirakı ilə həyata keçirilməlidir. Kimlərsə bu prinsipləri kabinetdə hazırlamamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR