Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanda Atatürk Mərkəzi Çingiz Aytmatovun Nobel mükafatına namizədliyini irəli sürüb

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanda Atatürk Mərkəzi Çingiz Aytmatovun Nobel mükafatına namizədliyini irəli sürüb
# 28 fevral 2008 10:35 (UTC +04:00)
“Azərbaycanın problemləri, qayğıları Çingiz ağanı publisist-yazıçı kimi narahat edib. Bu baxımdan, o bir yazıçı kimi həmişə azərbaycanlı olub”. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Ç. Aytmatovu Manasın layiqli oğlu adlandırıb: “Siz həmişə mənim üçün böyük qardaş olmusunuz. Azərbaycan xalqı sizi həm yaxın dost, həm də böyük yazıçı kimi tanıyır. Biz Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanda Atatürk Mərkəzi adından ədəbiyyat üzrə Nobel mükafatına sizin namizədliyinizi irəli sürürük”. Qazaxıstanlı akademik Aben Nurmanov, yazıçı Hüsenybala Mirələmov, xalq rəssamı Toğrul Nərimanbəyov, yazıçı Natiq Rəsulzadə çıxış edərək, yazıçının namizədliyini dəstəklədiklərini və ona yeni yaradıcılıq uğurları arzuladıqlarını bildiriblər. Azərbaycanlıların böyük diqqətindən razı qaldığını deyən Ç.Aytmatov bir ağsaqqal kimi müasirlərinə tövsiyələrini söyləyib: “Mən özüm də bilmirəm ki, niyə 80 illiyimlə əlaqədar nəzərdə tutulan yubiley tədbirlərinə məhz Bakıdan start verildi?! Bu yubiley tədbirləri harada, necə yekunlaşacaq, bilmirəm, amma Bakıda keçirdiyim günlər çox unudulmaz, təsiredici oldu. Azərbaycan prezidenti ilə görüşümü, Azərbaycan Milli Dram Teatrında seyr etdiyim “Xəcalət” tamaşasını və Azərbaycan Tarix Muzeyini ziyarətimi xüsusilə qeyd etmək istəyirəm. Kim olmağımızdan asılı olmayaraq, hamımız eyni dövrün adamıyıq. Kimin lazımlı, kimin təsadüfi olduğunu seçə bilmərik. Biz müasirlər hamımız bir-birimizə lazımıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR