Bank Of Baku

“Russkaya Premiya” ədəbiyyat mükafatını almağa namizədlər arasında azərbaycanlı yazar da var

“Russkaya Premiya” ədəbiyyat mükafatını almağa namizədlər arasında azərbaycanlı yazar da var
# 05 mart 2008 10:26 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov-APA. “Russkaya Premiya” beynəlxalq ədəbiyyat müsabiqəsinin Təşkilat Komitəsi 2007-ci ilin yekunları əsasında əsas mükafata namizədlərin siyahısını açıqlayıb. Siyahıya Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Ukrayna və Estoniyadan rus dilində yazan yeddi yazıçının adı daxil edilib. APA-nın məlumatına görə, “Kiçik nəsr” nominasiyasında mükafata namizədlər siyahısında Gülşən Tofiqqızının hekayələr toplusu da var. Qeyd edək ki, “Russkaya Premiya” beynəlxalq ədəbiyyat müsabiqəsi MDB və Baltikyanı respublikalarından olan rus dilində yazılan əsərlər arasında keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR