Bank Of Baku

Şair Ağalar Mirzə vəfat edib

Şair Ağalar Mirzə vəfat edib
# 06 mart 2008 15:08 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ədəbi-dram redaksiyasının baş redaktor müavini, şair Ağalar Mirzə martın 5-də vəfat edib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən APA-ya bildirib ki, Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Azərbaycanın Dəvəçi rayonunda anadan olub. Şair şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən “Ustadnamə”, “Dastan” proqramlarının müəllifi olub. Ağalar Mirzənin bir neçə kitabı çap edilib. Az.TV-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, səhhətindən şikayət etməyən Ağalar Mirzə dünən işdə olub, növbəti verilişini efirə hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR