Bank Of Baku

Moskvada Azər Turanın "Əli bəy Hüseynzadə" kitabının təqdimatı keçirilib

Moskvada Azər Turanın "Əli bəy Hüseynzadə" kitabının təqdimatı keçirilib
# 10 mart 2008 09:35 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin iclas salonunda Azər Turanın Azərbaycan və rus dilində nəşr edilən "Əli bəy Hüseynzadə" kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Moskvada "Salam press" nəşriyyatı tərəfindən çap edilmiş kitabın təqdimat mərasimində azərbaycanlı ziyalılar, diaspor təşkilatlarının təmsilçiləri, universitet tələbələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə "Salam press" nəşriyyatının direktoru Tariyel Süleyman, diplomat Ramiz Abutalıbov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Ağalar Atamoğlanov, Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Abuzər Bağırov, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəsi Araz Axundov və başqaları çıxış ediblər. Çıxışlarda kitabın Əli bəy Hüseynzadə irsinə, eləcə də Azərbaycan Cümhuriyyətinin 90 illiyinə dəyərli bir ərməğan olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR