“Dolu”: Roman, yoxsa tarixi salnamə? - RESENZİYA
Şou-bizneslə müharibəni qarışıq salanlar elə jurnalistikada da, ədəbiyyatda da vaxtaşırı ortaya bu sualı, mövzunu atırlar ki, Qarabağdan niyə əsər yaranmır? Cavab da aydındır ki, Qarabağ müharibəsinə dair xeyli əsər, şərh, analiz yazılıb, filmlər də çəkilib. Hamı deyir, azdır, çünki bu əsərlərin heç biri adamın əlini Qarabağa çatdırmır. Əsərlə, ədəbiyyatla, sənətlə, kinoyla Qarabağı qaytarmaq olmur. Əslində bu həqiqəti yazıçılar da bilir, oxucular da. Tam səmimiyyətlə etiraf etsək, bu gün bizim sinir, duyğu və hisslərimiz Qarabağ mövzusunda olan ritorika, pafos, romantika dolu hər hansı məlumata artıq reaksiya vermir. Bu mənada “Dolu” bir növ ətalətdə olan hissləri oyatdı. Düzdür, Qarabağ yenə qayıtmadı, amma Qarabağın qəhrəmanları, qurbanları bu günümüzə döndü. Bu qəhrəmanlar və onların taleyinə düşən müharibə həyatı uydurma deyil. Dünyanın Ən Varlı Şəhərini ədəbiyyatda qurub-yarada bilsəydik, nə vardı? Aran Qarabağın paytaxtına nə desən, yaraşardı, bircə bu müharibə həyatından savayı. “İnsanlar dəli kimidirlər, hər sözdən havalanırlar” - deyən Komandiri kim tanımır? Bəlkə Drakonla Pələng uydurmadır? Varlıqları heç yazıçı təxəyyülünə də sığmayan bu say-seçmə oğulları itirdik və çox heyf ki, torpaqqarışıq! Müəllif əsəri elə hey bədiiliyə bürümək istəsə də, çılpaq gerçəklik göz qabağındadır. Bəlkə ona görə ki, həqiqətin bədiisi, təbiisi olmur. “Dolu” Qarabağ müharibəsinin, bir az da qlobal götürdükdə Qarabağ faciəsinin daxili ab-havasını, qaynağını, onu qorumaq istəyinin muxtarlığını, elə bu səbəbdən də yaranan özbaşınalığı dəqiqliyi ilə təsvir edib. Qarabağ faciəsinin bu reallığı müxtəlif publisistik yazılarda, siyasi analiz və şərhlərdə ayrı-ayrılıqda deyilib, amma “Dolu”da müharibə tarixi bütövdür, tamdır. Bu baxımdan, əsər daha çox tarixi salnaməni xatırladır. “Tarix müharibələr tarixidir. O yerdə ki, sülhdür, sakitçilikdir, salnaməçi susur”. Oljas Süleymenovun bu dəqiq fikri qədim dövrün gerçəkliyini əks etdirir. Müasir dünyanın salnaməçiləri isə tam əksinə, müharibələrdə susur, sülhü, sakitliyi qələmə alırlar. Amma istənilən tarixi ənənənin unudulması üçün illər tələb olunsa da, onun bərpası üçün bir göz qırpımı kifayət edir. Sonuncu müharibə tarixini qələmə alan salnaməçinin davamçısı olan cağdaş müəllif əski salnamələrdə olduğu kimi, bədiiliyi və gerçəkliyi bir nümunədə qovuşdura bilib. Əsərin uğuru və əksinə, talesizliyi də elə budur. “Dolu” məhz müharibəni əks etdirdiyi üçün seçildi və mövzu əsərin bədii, texniki qüsurlarını gizlətdi. Daha doğrusu, qüsurların bəzisini. Axı, bir yazı nümunəsində yer alan bir belə vulqar ifadələrin çoxluğunu və yersizliyini mövzu və ideya necə ört-basdır eləsin? Doğrudanmı, kişi həyatı və leksikonunu təsvir üçün beyinlərdə olan və olmayanların hamısını yazıya gətirmək vacib idi? Xüsusən, ilk səhifələrdə yazı, söz, tale, xatirə və hisslərin əlində əsir olan müəllifin avtobioqrafik obrazı aydın görünür. Çətini sözü ram edincədir, sonra müəllifin əsəbi ötür, yazı da öz axarına düşür. Bu baxımdan, müəllif tamamlanan yazıdan sonra təkrar əvvələ qayıdıb əsəbi vaxtlarının məhsulu olan ilk səhifələri redaktə etməyi bir növ unudub. Bədiilik müəllifdən təkcə gözəl yazı yox, həm də məharətli redaktə tələb edir. Təbiətin dolusu, ermənilərin dolusu, müəllifin dolusu bu seldə, qarmaqarışıqlıqda oxucu yaddan çıxıb. Məsələn, kütləvi söyüşlərin içində komandirin dilində vulqar kəlmələr yalnız yük kimi görünür. Çünki bu leksikon onun istər gerçək, istərsə də bədii obrazına tamam yaddır.
Vurhavur, qovhaqov, qaçaqaç və final. İtirilən torpaqlar, qurban gedən oğullar, boş qalan səngərlər...Sağ qalan, amma dirilərin dünyasında özünə yer tapmayan Komandirin faciəsi və döyüş səngərlərinə tamaşa etməsi təbii səhnədir və istər-istəməz onun dəfni göz önünə gəlir. Cənazəni aparanların başı üstündə bir dəstə göyərçin uçur...Təkcə yerdəkilər yox, göydəkilər də Allahın gözəl, amma nakam yaratdığı bəndəsi ilə halallaşır, vidalaşır və tabut dəfn olunanda göyərçinlər bir-birini al qana batırır... Yox, məcazlaşma deyil, bu da yaxın tariximizin şahid ifadələridir. Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovu (Fred Asifi) son mənzilə yola salanlar bu qeyri-adi hadisəni indi də danışırlar. Bu tarixi sonluğu, Komandirin son tale nöqtəsini də, görünür, müəllif çoxlu oyaq xatirələrinin içində unudub.
“Dolu” nədir? Süjet xəttinə, hadisələrin təsvirinə və həcminə görə, iri hekayə və ya povest. Bədiiliyin arxa plana keçməsinə, tarixiliyin və gerçəkliyin xüsusi təsvirinə görə tarixi salnamə. Əsirlikdə qalan torpağın ağrısı-həsrəti, ölənlərin ruhu, dirilərin borcu kimi 2008-ci ilin gündəminə gələn yazı. Biz bu yazının dünyanın müxtəlif dillərinə tərcüməsini arzu edirik. Qoy, sensasiya axtaran müasir dünya oxucuları bu yazımızı oxusunlar, amma heç vaxt bilməsinlər ki, Dolu nədir?!
Ədəbiyyat
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTO
Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Xəbər Lenti
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
NYT: ABŞ senatorları Trampın irəli sürdüyü namizədlərin təsdiqini əngəlləyə bilərlər
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İlon Mask Ukrayna elitasını Qərb yardımları hesabına varlanmaqda ittiham edib
BVF: Ukraynanın 2027-ci il büdcəsi üçün əlavə 30–35 milyard dollar tələb olunur
Niderlandda güclü fırtına səbəbindən 40-dan çox aviareys ləğv edilib
Bloomberg: ABŞ və Böyük Britaniya arasında Ukrayna və İran məsələlərinə görə fikir ayrılığı yaranıb
Avropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyir
Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
ABŞ strateji ehtiyatlarından 400 min barel neft ayıracaq
Moldova Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəlib
Polşa ABŞ-ın hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır
Cəlilabadda 10 hektar ərazini əhatə edən yanğın söndürülüb