Bank Of Baku

Amerika yazarı Tom Reissin Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin həyatından bəhs edən kitabı alman dilində nəşr olunub

Amerika yazarı Tom Reissin Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin həyatından bəhs edən kitabı alman dilində nəşr olunub
# 12 mart 2008 10:29 (UTC +04:00)
Bu barədə APA-ya Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi məlumat verib. “Orientalist” kitabının 2005-ci ildə Amerikada nəşr edildiyini, “İlin ən yaxşı kitabı” adına layiq görüldüyünü deyən N. Atəşi kitabın indiyədək 16 dilə tərcümə edilərək, artıq bestsellerə çevrildiyini söyləyib. O, alman dilində çıxmış yeni nəşrin bu gün Berlinin “Volksbühne” teatrında təqdimatının keçiriləcəyini də söyləyib. Təqdimatda eyni zamanda “Berlin Um Welt Film” kinostudiyasının Əsəd Bəy haqqında çəkdiyi filmdən fraqmentlər nümayiş etdiriləcək, filmin rejissoru Ralf Marşallek film haqqında ətraflı məlumat verəcək. N. Atəşinin sözlərinə görə, Əsəd Bəyin məşhur “Öl und Blut im Orient” (“Şərqdə neft və qan”) kitabının Almaniyanın Frayburq şəhərindəki “Hans-Jürgen Maurer” nəşriyyatında yeni nəşrdən çıxmış ilk nüsxələri də təqdimat mərasimində diqqətə çatdırılacaq: “Bundan başqa, “Hans-Jürgen Maurer” nəşriyyatı Əsəd Bəyin bütün kitablarını təkrar nəşr etməyi planlaşdırır. Təkcə bu il Əsəd Bəyin 4 kitabı nəşriyyatda işıq üzü görəcək”.
Qeyd edək ki, Əsəd Bəyin arxiv sənədləri, onun “Qurban Səid” təxəllüsü ilə yazdığı “Sevgidən bixəbər kişi” romanının əlyazması dünya mətbuatında ilk dəvə Əsəd Bəyin tədqiqatçısı Nuridə Atəşinin “Yüz ilin sirləri“ kitabında nəşr olunub. “Hans-Jürgen Maurer” nəşriyyatı isə bu ilin sentyabrında həmin kitabı alman dilində nəşr edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR