Bank Of Baku

Xavər Vəkilovanın 90 illik yubileyi qeyd edilib

Xavər Vəkilovanın 90 illik yubileyi qeyd edilib
# 13 mart 2008 10:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində xalq şairi Səməd Vurğunun həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Səməd Vurğun irsinin qorunmasında X. Vəkilovanın çox böyük rolunun olduğunu deyib. Nazir müavini onun həm qayğıkeş həyat yoldaşı, həm gözəl insan və ana olduğunu söyləyib. Tədbirdə çıxış edən “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə X. Vəkilovanın öz uşaqları ilə yanaşı, övladlarının dostlarına da analıq qayğısı göstərdiyini qeyd edib: “Şadam ki, mənə də Xavər xanımı tanımaq nəsib olub”. Tədbirdə “Vurğun ömrü” filmi və Səməd Vurğunla Xavər Vəkilovanını fotoşəkilləri nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları X. Vəkilovanın məzarını ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR