Bank Of Baku

Ukraynanın tanınmış şairi İvan Draç Bakıya gəlib

Ukraynanın tanınmış şairi İvan Draç Bakıya gəlib
# 14 mart 2008 14:58 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Ukraynanın tanınmış şairi, Taras Şevçenko mükafatı laureatı İvan Draç və “Dialoq Avrasiya” jurnalının Ukrayna təmsilçisi Gökhan Dəmir xalq yazıçısı Anarın anadan olmasının 70 illiyinə həsr olunan yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəliblər. Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid məlumat verib. O bildirib ki, martın 15-də “Üns” teatrında yazıçının yubileyinə həsr olunan tədbir keçiriləcək. Tədbirdə Anarın həyat və yaradıcılığından söz açılacaq, onun ssenarisi əsasında çəkilən filmlərdən fraqmentlər nümayiş olunacaq. Bölgələrdə də yazıçının yubileyinə həsr olunan müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Gənclərin təşəbbüsü ilə paytaxt kinoteatrlarının birində “Dədə Qorqud” filminin və dastana həsr edilən əsərlərin nümayişi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR