Bank Of Baku

İlk dəfə olaraq “Ukrayna-Azərbaycan tədris lüğəti” nəşr olunub

İlk dəfə olaraq “Ukrayna-Azərbaycan tədris lüğəti” nəşr olunub
# 31 mart 2008 09:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İlk dəfə olaraq “Ukrayna-Azərbaycan tədris lüğəti” nəşr olunub. Ukraynanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, lüğət Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetskinin təşəbbüsü ilə Bakı Slavyan Universiteti (BSU) tərəfindən hazırlanıb və nəşr edilib. Lüğətdə 11 minə yaxın söz və müasir Ukrayna dilinin frazeoloji birləşmələri yer alıb. Sözlərin tərcüməsi ilə yanaşı, lüğətdə Ukrayna dilini öyrənmək üçün vacib olan sözlərdən istifadəyə dair nümunələr və sözlərin əsas qrammatik formaları göstərilib. Səfirlikdən o da bildirilib ki, lüğətin nüsxələri böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin bu ilin aprelində Bakıda keçiriləcək açılış mərasimində Ukrayna və Azərbaycan prezidentləri Viktor Yuşşenko və İlham Əliyevə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR