Bank Of Baku

Azərbaycanda “Dədə Qorqud günü” keçiriləcək

Azərbaycanda “Dədə Qorqud günü” keçiriləcək
# 01 aprel 2008 15:12 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Aprelin 9-da Azərbaycanda “Dədə Qorqud günü” keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov məlumat verib. O, Azərbaycanda “Dədə Qorqud günləri”nin 2000-ci ildən başlayaraq qeyd olunduğunu bildirib: “Tədbirdə xalqımızın qan yaddaşında əbədi yer tutan Dədə Qorqudla yanaşı, onun yubileyinin UNESCO səviyyəsində qeyd olunmasına nail olan mərhum prezident Heydər Əliyevin xatirəsi də anılacaq”. Tədbirdə Azərbaycanın qorqudşünas alimləri ilə yanaşı, İran və Türkiyə alimləri də iştirak edəcəklər. Dinlənilən məruzələr əsasında Dədə Qorqudla bağlı son araşdırmalardan ibarət kitabın nəşri də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR