Bank Of Baku

Yazıçı Seyran Səxavət şəxsi arxivini Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edib

Yazıçı Seyran Səxavət şəxsi arxivini Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edib
# 02 aprel 2008 13:03 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Yazıçı Seyran Səxavət şəxsi arxivini Şalman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinə verib. Qurumun direktoru Maarif Teymurovun APA-ya verdiyi məlumata görə, yazıçının işıq üzü görən 15-ə yaxın kitabının və şeir, hekayə, pyeslərinin əlyazmaları arxiv materiallarının sırasına daxil edilib. İxtisasca şərqşünas olan S. Səxavətin 1974-76-cı illərdə İranda tərcüməçi işləyərkən topladığı sənədlər, eləcə də 1986-cı ildə Azərbaycan dilinə çevirdiyi A. Ednoidzenin “İki ay kənddə və imeretisayağı evlənmə” əsərinin tərcüməsi, məktubları, müasirləri ilə fotoşəkilləri də arxiv materialları arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR