Bank Of Baku

“Poeziya günü” toplusunun ilk nəşri çapdan çıxıb

“Poeziya günü” toplusunun ilk nəşri çapdan çıxıb
# 08 aprel 2008 14:48 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan ədəbiyyatının bugünkü mənzərəsini əks etdirən “Poeziya günü” toplusunun ilk nəşri çapdan çıxıb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli məlumat verib. Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi əsasında hazırlanan toplunun ildə bir dəfə Novruz Bayramı ərəfəsində nəşri nəzərdə tutulub. Topluda Azərbaycanın bütün bölgələrində yaşayan və müxtəlif yaşdakı şairlərin fərqli üslubda şeirləri yer alıb. Nəşrin baş redaktoru Fikrət Qoca, redaktoru və tərtibçisi Maarif Soltandır. Çağdaş Azərbaycan şairlərinin şeir toplusu 1000 tirajla nəşr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR