Bank Of Baku

Vaqif Arzumanlının 60 illiyi qeyd edilib

Vaqif Arzumanlının 60 illiyi qeyd edilib
# 09 aprel 2008 11:52 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, yubiley tədbirini giriş sözü ilə akademik Bəkir Nəbiyev açaraq, V.Arzumanlının geniş ədəbi əlaqələri olduğunu bildirib: “O, çox aktual mövzuda sanballı tədqiqatların müəllifidir”. Professor Məhərrəm Qasımlı, millət vəkili Sabir Rüstəmxanlı, Litvanın Azərbaycandakı səfiri Kudzmanas Kastutis, Tatarıstanın Azərbaycandakı nümayəndəsi Nail Zaripov və başqaları çıxışlarında 1100-dən çox məqalənin, 30-dan çox kitabın müəllifi olan V. Arzumanlı ilə bağlı fikirlərini bildiriblər. Tədbirdə “Professor Vaqif Arzumanlı 60. Soraq kitabı”nın təqdimatı da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR