Bank Of Baku

Azərbaycanda “Aşıq Ələsgər günləri: saz və söz bayramı”nın açılışı olub

Azərbaycanda “Aşıq Ələsgər günləri: saz və söz bayramı”nın açılışı olub
# 14 aprel 2008 13:28 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda Azərbaycanda artıq IV dəfə qeyd olunan Aşıq Ələsgər günlərinin açılışı olub. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov açıb. Aşıq Ələsgərin yaradıcılığına həsr edilən elmi sessiyada filologiya elmləri namizədi Elxan Məmmədov, Aşıq Ələsgərin nəvəsi İslam Ələsgər, tənqidçi İlham Abbasov, sənətşünas Fəxrəddin Baxşiyevin məruzələri dinlənilib. Məruzələrdə Dədə Ələsgər irsinin tədqiqi istiqamətləri və Ələsgər şeirlərinin poetik xüsusiyyətlərindən söz açılıb. Sabah Aşıq Ələsgər günlərinin saz və söz bayramı təşkil olunacaq. Tədbirdə Azərbaycanın bütün bölgələrindən olan aşıqlarla yanaşı, İrandan qonaqlar da iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR