Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əsəd Cahangirə sonuncu xəbərdarlıq olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əsəd Cahangirə sonuncu xəbərdarlıq olunub
# 14 aprel 2008 15:01 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin iclasında birliyin üzvü Əsəd Cahangirlə bağlı şikayətlərə baxılıb və ona sonuncu xəbərdarlıq olunub. APA-nın məlumatına görə, birlik üzvləri Ə. Cahangirin etik normalara riayət etmədiyini əsas gətirərək, onun AYB-dən uzaqlaşdırılması xahişi ilə katibliyə müraciət ediblər. Ə. Cahangir katibliyin iclasında üzr istəyərək, bundan sonra daha diqqətli olacağını bildirib. Birliyin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu APA-ya açıqlamasında faktı təsdiqləyib: “İclasda Əsəd Cahangirə etimad göstərilib. Bildirilib ki, davranışında etik normaları gözləməsə, o, müzakirəsiz AYB-dən xaric olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR