Bank Of Baku

Mir Cəlal Paşayevə həsr olunmuş “Göylər adamı” kitabı işıq üzü görüb

Mir Cəlal Paşayevə həsr olunmuş “Göylər adamı” kitabı işıq üzü görüb
# 15 aprel 2008 10:08 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında hazırlanan “Silinməz izlər” silsiləsindən Rəhilə Gülgünün Mir Cəlal Paşayevə həsr etdiyi “Göylər adamı” kitabı işıq üzü görüb. APA-nın məlumatına görə, kitabda yazıçı, pedaqoq, ədəbiyyatşünas Mir Cəlal Paşayevin həyat və yaradıcılığı əks olunub. Nəşrdə yazıçının bioqrafiyası ilə yanaşı, yaradıcılığından nümunələr, onunla bağlı xatirələr, müasirləri, ailə üzvləri ilə fotoşəkillər yer alıb. Kitab AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun ön sözü və redaktorluğu ilə çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR