Bank Of Baku

Azərbaycan şairi Nizami Gəncəvinin Avstriyada aşkar edilmiş “Xəmsə” əsərinin əlyazması bərpa olunub

Azərbaycan şairi Nizami Gəncəvinin Avstriyada aşkar edilmiş “Xəmsə” əsərinin əlyazması bərpa olunub
# 19 aprel 2008 09:44 (UTC +04:00)
Bərpa olunmuş əlyazmanın CD variantı artıq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Nazirlikdən APA-ya verilən məlumata görə, hazırda Nizami Gəncəvinin “Xəmsə”si Avstriyanın Milli Kitabxanasının “Azərbaycan əlyazmaları” sərgisində nümayiş etdirilir. Avstriya Milli Kitabxanasında Məhəmməd Füzulinin, Xəqani Şirvaninin, Saib Təbrizinin, Mahmud Şəbüstərinin və başqalarının əsərlərinin əlyazmaları da xüsusi şəraitdə mühafizə olunur.
Qeyd edək ki, bir neçə il əvvəl müddət əvvəl Avstriyanın Milli Kitabxanasında aşkar edilən Azərbaycanın qədim mədəniyyətini əks etdirən 17 nadir əlyazma arasında Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət “Xəmsə”sinin əlyazması da olub. Xüsusi əhəmiyyət kəsb etdiyi üçün bu əlyazma Heydər Əliyevin himayəsi ilə bərpa prosesinə başlanılıb. Avstriya Milli Kitabxanasında saxlanılan nadir kitabların himayədarları sırasında Fransanın keçmiş prezidenti Jak Şirak, ABŞ-ın keçmiş prezidentinin həyat yoldaşı Hillari Klinton, Roma papası II İohann Pavel, İordaniya şahzadəsi Həsən, Moskva meri Yuri Lujkov və başqaları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR