Bank Of Baku

Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir keçirilib

Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir keçirilib
# 23 aprel 2008 13:32 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədr müavini Oqtay Səmədov açaraq, bu günün ümumxalq bayramı olduğunu bildirib: “Beynəlxalq kitab günü təkcə müəlliflərin yox, kitabla maraqlanan hər kəsin, deməli bütün vətəndaşların bayramıdır”. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov Azərbaycanın kitab mədəniyyətinin tarixinin qədim olduğunu deyib: “Kitaba bugünkü münasibət məni kədərləndirir. Çoxdan yığışdırılan kitab mağazalarının əvəzinə yenilərinin açılmasını hələ də həsrətlə gözləyirik”. AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, şair Çingiz Əlioğlu və digərlərinin çıxışlarında kitabsevərlərin sayının artırılmasının zəruriliyindən, müəlliflərin və hüquq sahiblərinin əsərlərinin qeydiyyatından, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsinin bugünkü vəziyyətindən danışılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR