Bank Of Baku

Dövlət Dillər Universitetində Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Dövlət Dillər Universitetində Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib
# 24 aprel 2008 11:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Dövlət Dillər Universitetində yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Səməd Seyidov M. Paşayevin həyat və fəaliyyəti, yaradıcılığından danışıb. Onun sözlərinə görə, M. Paşayevin Azərbaycanın ədəbi dilinin inkişafında, adət-ənənələrin qorunmasında müstəsna xidmətləri olub. Tədbirdə iştirak edən Mir Cəlal Paşayevin dostu, yazıçı Nəriman Həsənzadə onunla tanışlığı, birgə fəaliyyətləri ilə bağlı xatirələrindən söhbət açıb. Diplomatiya Akademiyasının rektoru, M. Paşayevin oğlu Hafiz Paşayev atasının sadə insan olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR